37 yaşlı kişi döyülərək xəstəxanalıq oldu
15 sentyabr 2017 22:10 (UTC +04:00)

37 yaşlı kişi döyülərək xəstəxanalıq oldu

0

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Əli Rəhimov müxtəlif bədən xəsarətləri və sifətin cırılmış yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta- ağır olduğu bildirilir. Ə. Rəhimovun kim tərəfindən döyüldüyü hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar