İmişli şəhərində iki qardaşdan silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Azər Həşimovdan müvafiq sənədləri olmayan 1 ədəd "Turanlar" və qardaşı Aynurdan 1 ədəd "BUM" markalı ov tüfəngləri götürülüb.
Bundan başqa Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Mahir Eyvazov Borsunlu kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.