Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Heroin alverçisi tutuldu
0
0
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlqar Nəzərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə təmiz çəkisi 104,641 qram narkotik vasitə tiryək və 3 ədəd bükümdə heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
0
0