“KamAZ” və “Mercedes” toqquşdu, sürücü ağır yaralandı - <span style="color:red;">YENİLƏNİB
15 sentyabr 2017 00:25 (UTC +04:00)

“KamAZ” və “Mercedes” toqquşdu, sürücü ağır yaralandı - YENİLƏNİB

0

Sabirabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Horadiz avtomobil yolunun 14-cü kilometrliyində, Sabirabad rayonu Qaragüney kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Məhərrəmov Amil  adlı şəxs tərəfindən idarə olunan “KamAZ” markalı yük maşının “Mercedes” markalı 90 DR 251 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncunun sürücüsü Şirvan sakini, 1984-cü il təvəllüdlü Qəniyev Polad Əlisəmid oğlu ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır. 

 

*** 23.58

 

Sabirabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Qaragüney kəndi ərazində baş verib. “KamAZ” markalı yük maşının “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində sonuncunun sürücüsü ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar