“Mercedes” piyadanı öldürdü
30 sentyabr 2017 21:04 (UTC +04:00)

“Mercedes” piyadanı öldürdü

0

Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.

 

Füzuli rayon sakini 1993 –cü il təvəllüdlü Rüstəmov Fərid Həsrət oğlunun idarə etdiyi 90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili  yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü  Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar