“Real” daha bir oyunçusu ilə müqaviləni uzatdı
14 sentyabr 2017 18:21 (UTC +04:00)

“Real” daha bir oyunçusu ilə müqaviləni uzatdı

0
 
Madrid “Real”ında daha bir futbolçunun aqibəti müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İsko anlaşmasının müddətini uzadıb.
 
 
25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər olan sözləşməsinin müddətini 2022-ci ilin yayına qədər uzadıb. Komandada illik məvacibi 6 milyon avro olan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 700 milyon avro dəyərində göstərilib. Futbolçu sabah bununla bağlı mətbuat konfransı keçirəcək.
 
 
Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar