Fəzail Ağamalı: “"Rövşən Lənkəranski" sağdır, amma həyatı üçün təhlükə var” - YENİLƏNİB
06 fevral 2013 12:45 (UTC +04:00)

Fəzail Ağamalı: “"Rövşən Lənkəranski" sağdır, amma həyatı üçün təhlükə var” - YENİLƏNİB

0

"Dəqiqləqdirdim ki, "Rövşən Lənkəranski" sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır". Lent.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin qohumu, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib. O, "Rövşən Lənkəraski" ilə qohumluğunu təsdliqləyərək bildirib ki, KİV-də bu barədə xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb. Onlar yayılan xəbərləri təsdiqləməyiblər

 

*****

11.34

“Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Canıyevin ölüm xəbəri yayılıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyana qarşı sui-qəsdin təşkilində şübhəli sayılan 38 yaşlı Azərbaycan əsilli “qanuni oğru” bu günlərdə İstanbulda güllələnmişdi.

 

Rövşən Canıyevin İstanbula gəlməkdə məqsədi Dubaya getmək olub. Canıyevin İstanbuldakı klinikaların birində öldüyü deyilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 13470

Oxşar yazılar