<b>“Toyota” ilə piyadanı vurub qaçan qadın tutuldu</b>
07 noyabr 2017 12:02 (UTC +04:00)

“Toyota” ilə piyadanı vurub qaçan qadın tutuldu

0

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar