“VAZ 2107” və “Niva” toqquşdu: 3 yaralı
20 avqust 2016 22:23 (UTC +04:00)

“VAZ 2107” və “Niva” toqquşdu: 3 yaralı

0

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Tovuzun Azaflı kəndi ərazisində baş verib. “VAZ 2107” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan 3 nəfər: Əlimərdanlı kənd sakinləri 1990-cı il təvəllüdlü Nəsib Quliyev, 1980-ci il təvəllüdlü Şəhanə Məmmədova və Qaraxanlı kənd sakini 1987-ci il təvəllüdlü Məlahət Quliyeva müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.  

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar