Yasamalda köməksiz it xilas edilib - FOTO
28 sentyabr 2013 10:49 (UTC +04:00)

Yasamalda köməksiz it xilas edilib - FOTO

0

Bakıda köməksiz vəziyyətdə qalmış it xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayonu Şərifzadə küçəsi, bina 34  ünvanında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə  Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonu üzrə xilasedicilər qrupuna məlumat daxil olub və qrup hadisə yerinə cəlb edilib.

 

Hadisə  yerində  əməliyyat  şəraiti  qiymətləndirilərkən  məlum  olub ki, it 10 nömrəli uşaq bağçasının dəmir barmaqlıqlı çəpərindən keçmək istəyərkən barmaqlıqlar arasında sıxılıb qalıb. Barmaqlılar arasında köməksiz vəziyyətdə qalan it səs-küy salaraq yaxınlıqdakı binanın sakinlərini narahat edirmiş. Yaxınlıqdakı binanın sakinləri tərəfindən itin çəpərin barmaqlıqları arasından xilas edilməsi mümkün olmadığından  kömək üçün 112  Xidmətinə  müraciət  edib.

 

Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə dəmir barmaqlıqları kəsərək iti  xilas  etmiş və bina  sakinlərinin  rahatlığını  təmin  edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1385

Oxşar yazılar