<b>“Nissan" dərəyə aşdı, 5 yaralı</b> - YENİLƏNİB
16 sentyabr 2017 20:55 (UTC +04:00)

“Nissan" dərəyə aşdı, 5 yaralı - YENİLƏNİB

0

 

 

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti bəlli olub. Onlar Aytən Məmmədova, Əhəd Qurbanov, Məhluqə Axundova, Günel Hüseynovadır. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Yaralılardan bir nəfərin vəziyyəti  ağırdır.  

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar