
"Rüzigar" ləqəbli reperin cəzası bəlli oldu - RƏSMİ
Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.
A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.
Oxşar yazılar

Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43
Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18