
Abşeronda bıçaqlanma: xəstəxanada öldü
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Bıçaqlanan şəxs xəstəxanada ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, ölümlə nəticələn) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar yazılar

Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58
Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü
8 avqust 2025 , 09:56
Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan 15-ci mərtəbədən yıxılıb öldü
8 avqust 2025 , 09:33
Bakıda motel yandı -VİDEO
8 avqust 2025 , 09:19
Ağstafada AĞIR QƏZA: yaralılar var
8 avqust 2025 , 09:05
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50