[b]Aeroport yolunda maşın piyadanı vuraraq öldürdü[/b]
06 yanvar 2018 06:21 (UTC +04:00)

[b]Aeroport yolunda maşın piyadanı vuraraq öldürdü[/b]

0

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə göər, sürət həddi 120 km/saat olan aeroport yolunda hələlik şəxsiyyəti məlum olmayan təxminən 60-65 yaşlı kişi piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu “Jeep” markalı avtomobil vurub.

 

Piyada hadisə yerində ölüb. Qəzanı törədən sürücü idarəetməni itirdiyindən yolda hərəkətdə olan iki “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “Jeep” deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü xəsarət alıb. Təcili tibbi yardım xidməti sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərib.

 

Baş verən qəza ilə bağlı əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar