
Bakı sakininin küçənin ortasında 4500 manatını aldılar
Bakı sakininin pulu talanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.
9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb.
Araşdırma aparılır.
Oxşar yazılar

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var
8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü
8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı
8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı
8 avqust 2025 , 19:11
Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34