Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxs vəfat edib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 13-də saat 14 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Ülviyyə Çələbiyeva idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini Valeh Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.