<b>Cəlilabadda avtobus qəzaya düşdü, ölən və yaralananlar var </b> - <span style="color:red;">YENİLƏNİB
18 aprel 2018 00:48 (UTC +04:00)

Cəlilabadda avtobus qəzaya düşdü, ölən və yaralananlar var - YENİLƏNİB

0

Cəlilabad rayonunda "Qazel" markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Alar kəndi ərazisində qeydə alınan qəzada həyatını itirən Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərovdur. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

 

Qeyd edək ki, qəzada yaralanan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***** 23.51

 

Cəlilabadda yol qəzası olub. APA-nın cənub bürosunun məlumatına görə, iki avtomobilin toqquşmas nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Ölən şəxsin Cəlilabad Rayon Mərkəzi Xəstəxana aparılarkən yolda  keçindiyi bildirilir.

 

 
Yaralılar isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
 
Hazırda qəzada ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar