
DİN Bakıda dəhşətli qəza ilə bağlı məlumat yaydı
Aprelin 1-də səhər saat 10 radələrində paytaxın Nəsimi rayonununda baş verən qəzada ölən və yaralananların adları məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-aB verilən məlumata görə, R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təhminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanan “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb.
Minik avtomobilinin sürücüsü R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.
Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, salonda xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ
8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT
8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58