[b]DİN Bakıdakı güllənmə ilə bağlı məlumat yaydı[/b]
15 oktyabr 2017 14:53 (UTC +04:00)

[b]DİN Bakıdakı güllənmə ilə bağlı məlumat yaydı[/b]

0

Ötən gecə Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub. Lent.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

 

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

 

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

 

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:

 

“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar