
Elçin Quliyev Ermənistanla sərhədə getdi
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dan Lent.az-a verilən məlumata görə, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq bildirilib.
Oxşar yazılar

Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı
15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü
15 may 2025 , 00:25
Tbilisidə Kürə düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapıldı
15 may 2025 , 00:17
Goranboyda qayınana tir tüfəngindən atəş açdı, gəlinini yaralandı
14 may 2025 , 23:06
Naxçıvanda maşın yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırdı
14 may 2025 , 22:50
Azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verildi
14 may 2025 , 19:25
Abşeronda kişi yüksək dozalı narkotikdən öldü
14 may 2025 , 19:22