[b]FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı[/b]
27 sentyabr 2017 03:16 (UTC +04:00)

[b]FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı[/b]

0

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar