
Məktəblilərə siqaret satanlar cərimələndi
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 28-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Oxşar yazılar

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu, yaralılar var
8 avqust 2025 , 20:52
Ağdaşda FACİƏ: 35 yaşlı kişini cərəyan vurub öldürdü
8 avqust 2025 , 20:34
Bakıda dənizdə 1 nəfər batdı
8 avqust 2025 , 19:54
Bakıda üzüm çardağında meyit tapıldı
8 avqust 2025 , 19:11
Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34