[b]İstirahət günlərində yol qəzaları 9 can alıb[/b]
02 aprel 2018 09:17 (UTC +04:00)

[b]İstirahət günlərində yol qəzaları 9 can alıb[/b]

0
 
 
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində ölkə ərazisində 196 cinayət faktı qeydə alınıb, onların da 37-si “isti izlər”lə açılıb. 
 
 
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar