
Torpağa basdırılmış silah tapıldı
Nardaranda qəsəbə sakinindən torpağa basdıraraq gizlətdiyi silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticəsində Nardaran qəsəbəsi sakini Taleh Xudaverdiyev saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi
8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU
8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ
8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ
8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT
8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə
8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB
8 avqust 2025 , 09:58