
Qohumunu bıçaqlamaqda təqsirləndirilən AZADLIQDA
Qohumunu bıçaqlamaqda təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Ə.Əliyevə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. Ə.Əliyev həm qohumu, həm də qonşusu olan Cavid Cavadovu bıçaqlayıb.
Ə.Əliyev ifadəsində deyib ki, C.Cavadov evlərinin qarşısında bir neçə şəxsə söyüş söyüb. O, bir neçə dəfə qohumuna irad bildirsə də, C.Cavadov onu eşitməyib. Daha sonra Ə.Əliyev C.Cavadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Ə.Əliyevin barəsində polisin nəzarətinə verilmə qərətimkan tədbiri seçilmişdi.
Oxşar yazılar

Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43
Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18