[b]Rauf Mirqədirovun şikayəti təmin edilmədi[/b]
03 oktyabr 2017 13:16 (UTC +04:00)

[b]Rauf Mirqədirovun şikayəti təmin edilmədi[/b]

 

 

 

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

 

 

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Qərara əsasən, jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra R.Mirqədirov ölkəni tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar