[b]Şəmkirdə maşın aşdı, 4 yaralı[/b]
14 sentyabr 2017 23:34 (UTC +04:00)

[b]Şəmkirdə maşın aşdı, 4 yaralı[/b]

0

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Hyundai Santafe” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Düyərli kənd sakinləri 2000-ci il təvəllüdlü Qəmbərov Bilal Araz oğlu, 2001-ci il Hüseynov Səbuhi Şahin oğlu, 2000-ci il təvəllüdlü Quliyev Elvin Natiq oğlu, 1998-ci il təvəllüdlü İsmayılov Əkbər Əbülfət oğlu. Yaralılardan Bilal Qəmbərovun vəziyyəti kafi, digər üç nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları  araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 715

Oxşar yazılar