Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə naziri avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.