ABŞ-da Xocalı faciəsinə həsr olunmuş yeni aksiya
16 fevral 2013 20:10 (UTC +04:00)

ABŞ-da Xocalı faciəsinə həsr olunmuş yeni aksiya

0

Azərbaycan Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran yeni geniş kampaniyaya başlayıb.

 

Alyansdan APA-ya verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Alyans bu ölkənin bir neçə şəhərinin mərkəzi küçələrində Xocalı hadisələrinə dair məlumatları əks etdirən illyuminasiya guşəsi təşkil edib. Posterlər paytaxt Vaşinqtonun mərkəzi prospektində, Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan «Penn Station»da, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.

 

Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, «Capitol Hill»ə gedən avtobuslarda posterlər yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 941

Oxşar yazılar