Bu gün Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Lent.az-ın NTV televiziyasına istinadən verdiyi məlumata görə, partlayış şəhərin mərkəzində ABŞ-ın səfirliyi önündə baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində yaralananlar var. Hazırda xilasedicilər və hüquq-mühafizə orqanları əməkdaşları ərazidə iş aparır.