<b>Acıdərə Türk Şəhidliyinə yürüş keçirilib - <span style="color:red;">FOTO </b>
15 sentyabr 2017 13:20 (UTC +04:00)

Acıdərə Türk Şəhidliyinə yürüş keçirilib - FOTO

0

Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü ilə bağlı Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelik aparatı əməkdaşlarının, hərbi qulluqçuların, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisindəki Acıdərə Türk Şəhidliyinə yürüş keçirilib.

"Hər gələn bir bardaq su ilə gəlsin" vətənpərvərlik aksiyasının iştirakçıları əvvəlcə Türk Şəhidliyi abidə-kompleksini ziyarət edərək önünə çələng və qərənfillər qoyublar. Tənha türk şəhidinin məzarı qarşısında keçirilən xatirə mitinqini açan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani Göyçay, Kürdəmir, Ağsu, Şamaxı, eləcə də Bakının daşnak quldurlarından azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, bu döyüşlərdə Qafqaz İslam Ordusunun yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalıb. Bununla yanaşı həmin dövrdə havaların son dərəcə isti keçməsi, quraqlığın hökm sürməsi, hətta çayların, bulaqların suyunun quruduğu vaxtlarda neçə-neçə döyüşçü susuzluqdan can verib. Şəhidlərin ruhları şad, yerləri sərin olsun deyə anım mərasiminə gələn hər kəs qanla suvarılmış Acıdərəyə bir bardaq su ilə gəlib.

Şəhidlərin xatirəsinə əbədi ehtiram əlaməti olaraq əsgərlər öz su qablarını çıxararaq tənha türk şəhid qəbrinə və vaxtilə qanlar tökülmüş əraziyə su çiləyib və bir an içində bütün aksiya iştirakçıları da onlara qoşulub.

Türkiyənin hərbi attaşesi briqada generalı Zafer Ocak bu ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar