Ağdamda yol qəzası: 2 nəfər ölüüb
22 sentyabr 2013 06:29 (UTC +04:00)

Ağdamda yol qəzası: 2 nəfər ölüüb

Ağdam rayonunda "VAZ" markalı iki minik avtomobil toqquşub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü  və 1 nəfər sərnişin hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 02:48-də başa çatıb.

# 917
avatar

Oxşar yazılar