Altı otaqlı  ev və  iki maşın yandı
27 sentyabr 2017 04:06 (UTC +04:00)

Altı otaqlı ev və iki maşın yandı

0

Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Lent.az- FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Aranlı kəndində ümumi sahəsi 280 m2 olan birmərtəbəli 6 otaqlı  evin yanar  konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıdakı tikililər yanğından mühafizə olunub.  

 

Şəmkir rayonunda “Qaz” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinənin yanar hissələri yanıb. Avtomoblin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Şəki rayonu, Turan qəsəbəsində “Fiat” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

 

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar