
Antalyada azərbaycanlılar qəzaya düşdülər
Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda idarəetməni itirən sürücü mikroavtobusu portağal bağçasına aşırıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə iyulun 17-si axşam saatlarında baş verib və qəzaya uğrayan mikroavtobusda azərbaycanlı turistlər olub.
Sürücü Hüseyn Demirelin idarə etdiyi 07 HFY 108 dövlət qeydiyyat nişanlı mikroavtobus Titrəyəngöl prospektindən Herdford prospektinə dönərkən yol kənarında olan portağal bağçasına aşıb və nəticədə 5 azərbaycanlı yaralanıb.
Təxminən 2 metr yüksəklikdən aşan avtobusda olan Azərbaycan vətəndaşları - Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri yaxşıdır.
Oxşar yazılar

SƏS YAZISI YAYILDI, direktor işdən çıxarıldı
4 avqust 2025 , 21:57
Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı-YENİLƏNİB
4 avqust 2025 , 21:34
Bakıda köşklərdən oğurluq edənlər saxlanıldı
4 avqust 2025 , 20:45
Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı
4 avqust 2025 , 19:46
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs qərarı verildi
4 avqust 2025 , 19:36
Bakıda 53 yaşlı qadın evində ölü tapıldı
4 avqust 2025 , 18:56
Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var
4 avqust 2025 , 18:48