Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü
21 sentyabr 2017 17:53 (UTC +04:00)

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

0
Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
 
O qeyd edib ki, 12 yaşlı ana uşağının öldüyün bilmir:
 
“Hələlik ona uşağın öldüyünü bildirməmişik. Vaxtından əvvəl doğulan uşaq inkişafdan qalmışdı. Həkimlər onun yaşaması üçün əlindən gələni etdi, amma yaşatmaq mümkün olmadı”.
 
Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 
 
12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.
 
ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Qızın valideyni həmin uşağı qəbul edəcəyini açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar