Suraxanıda oğru tutulub
17 sentyabr 2014 12:00 (UTC +04:00)

Suraxanıda oğru tutulub

Suraxanıda avtomobil yuma məntəqəsində oğurluqla məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini Xalid Həzrəddin oğlu Kərimov tutulub. Məlum olub ki, o, avqustun 21-də Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində Elsəvər Qasımova məxsus mobil telefonu, avqustun 31-də isə Qadir Ağayevə məxsus «Daewoo» markalı avtomobildən pul, sənəd və müxtəlif əşyalar oğurlayıb.

 

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar