
Avtoxuliqan həbs edildi
Mingəçevirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində polisin qanuni “ saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
“VAZ 2107” markalı 90-OF-116 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə avtomobildə olan konstruksiya dəyişikliyi ilə əlaqədar yol polisi əməkdaşları “saxla” əmri verib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Sürücünün Mingəçevir şəhər sakini Murad Babayev olduğu müəyyən olunub. Eyni zamanda avtomobilin üzərində ödənmədiyi cəriməyə görə həbs olduğu da aşkar edilib.
Sürücü M. Babayev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Mingəçevir Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs olunub və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, M. Babayev əvvəllər də yol hərəkəti qaydalarını pozduğuna, avtoxuliqanlıq hərəkətləri etdiyinə görə yol polisi əməkdaşları tərəfindən barəsində dəfələrlə inzibati qaydada tədbirlər görülüb.
Oxşar yazılar

Şollarda asılmış kişi meyiti tapıldı - MÜƏMMALI İNTİHAR
5 may 2025 , 19:33
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə
5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU
5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB
5 may 2025 , 17:54
Bakıda hostel yandı
5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB
5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU
5 may 2025 , 15:38