Azərbaycanda 7 nəfər bədbəxt hadisənin qurbanı oldu
21 yanvar 2013 14:04 (UTC +04:00)

Azərbaycanda 7 nəfər bədbəxt hadisənin qurbanı oldu

0

İstirahət günləri Azərbaycan ərazisində baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisələr müxtəlif səbəblərdən baş verib.

 

- Qaradağ rayonunun Sahil qəsəbəsindəki Gəmi Təmiri Zavodunda, orada işləyən Bakı şəhər sakini Tariyel Talyaşvilinin başına qaldırıcı qurğudan dəmir borunun düşməsi nəticəsində ölüb.

 

- Bakı şəhərinin Xətai rayonunun H.Aslanov qəsəbə sakini Zəminə Ağayeva evində dəm qazından zəhərlənərək ölüb

 

- Quba rayonunun 1-ci Nügədi kəndi ərazisindəki daş karxanasında, orada işləyən rayon sakini Mədim Poladov traktoru təmir edərkən ehtiyatsızlığı nəticəsində xəsarət alıb və xəstəxanada ölüb.

 

- Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində, Rayon Elektrik Şəbəkəsinin işçisi Rafiq Mehralıyev elektrik dirəyindən yıxılıb. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Mehralıyev orada ölüb.

 

- Göyçay şəhərindəki Texniki Peşə Məktəbinin yataqxanasında, orada yaşayan Seymur Maqsudov elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

- Qusar rayon sakini Nəzər Sadirov evində dəm qazından zəhərlənərək ölüb.

 

- Bakışəhərinin Binəqədi rayonunda yaşayan Mehriban Əjdərova evində dəm qazından zəhərlənərək ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1895

Oxşar yazılar