Azərbaycanda bu gün
26 yanvar 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

26 yanvar 

 

1924. SSRİ II Sovetlər qurultayı. Leninin vəfatına həsr olunan matəm iclasında Nəriman Nərimanov da nitq söyləyib

 

1934. Ümumittifaq Kommunist Partiyasının (ÜİKP) XVII qurultayı başlayıb. Qurultayda ilk beşillik plan qəbul edilib

 

1971. Müğənni Aygün Kazımova anadan olub

 

1992. Yanvarın 25-də axşam saat 20:00-da başlayan Daşaltı əməliyyatı yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığındakı Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv edilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan ordusu 90 nəfərdən artıq itki verib. Döyüşdə ermənilər də bir neçə hərbi texnika və 80-ə yaxın canlı qüvvə itirib.

 

1995. Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurub

 

2006. Müğənni İslam Rzayev vəfat edib

 

2007. AŞPA-da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair 338 saylı Yazılı bəyannamə yayılıb

 

2009. İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror hücumunun qarşısı alınıb

 

2011. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycandakı parlament seçkiləri ilə bağlı yekun hesabatını açıqlayıb

 

2011. Azərbaycan prezidenti İlham Əliyev Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gedib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 855

Oxşar yazılar