7 fevral
1919. Kinorejissor Tofiq Tağızadə anadan olub
1988. Milli qəhrəman Mübariz İbrahimov anadan olub (19 iyun 2010-cu ildə şəhid olub)
1993. Müğənni Şövkət Ələkbərova vəfat edib
2006. Füzuli Ələkbərov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi, Azad Rəhimov isə Gənclər və idman naziri təyin edilib
2008. Azərbaycanda sonuncu çadır düşərgəsi ləğv edilib.
2009. Azərbaycan insan hüquqlarına dair milli hesabatı BMT-yə təqdim edib
2011. Prezident İlham Əliyev görkəmli alim Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edib.