
Azərbaycanda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Ağdaş rayonu, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub.
AQTA-dan Lent.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib. Baxış zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Alkoqolsuz içkilər istehsalı müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.
Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu haqda heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB
5 may 2025 , 16:20
Bakıda hostel yandı
5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB
5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU
5 may 2025 , 15:38
Tanınmış həkim silahla tutuldu
5 may 2025 , 15:36
Sumqayıtda mopedlərə qarşı REYD
5 may 2025 , 15:25
Məhkəmədə Serj Sarkisyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material göstərildi
5 may 2025 , 14:28