Dövlət Statistika Komitəsi 2012-ci ildə neft məhsullarının istehsalı ilə bağlı statistikanı açıqlayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzinin istehsalı 0,1 faiz,
ağ neftin 0,8 faiz, neft bitumunun isə 8,4 faiz artıb.
Bununla yanaşı, dizel yanacağının istehsalı 4,9 faiz azalaraq 2368,9 min
ton, sürtkü yağlarının istehsalı 30,8 faiz azalaraq 62,9 min ton olub. Neft emalı müəssisələrinin anbarlarında 31,8 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,9 faizi qədər hazır məhsul qalıb.