Azərbaycannda baş verən bir neçə oğurluğun üstü açıldı
07 oktyabr 2017 16:58 (UTC +04:00)

Azərbaycannda baş verən bir neçə oğurluğun üstü açıldı

0

Azərbaycanın bir sıra yerlərdə baş verən oğurluq hadisəsinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirlyinin saytına istinadən həmin məlumatların bir neçəsini təqdim edir.

 

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Nurlan Hacıyevin, Arif Nəsibovun və qardaşı Akifin ətraflarında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini olan bir yeniyetmə ilə birgə sentyabrın 7-dən oktyabrın 2-dək olan müddətdə rayon ərazisində 6 avtomobildən və 2 evdən akkumulyator və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib. Görülən tədbirlərlə yeniyetmə tutulub.

 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.

 

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar