Bakıda 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.