Bakıda 7 maşın qaçıran şəxs tutuldu
29 dekabr 2017 11:38 (UTC +04:00)

Bakıda 7 maşın qaçıran şəxs tutuldu

0

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək edərək ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəraitdə  qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

 

Qeyd edilən faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar