Bakıda iki avtomobil toqquşdu, piyada öldü
17 sentyabr 2014 10:36 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, piyada öldü

Bakının Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, S.Vurğun və Bakıxanov küçələrinin kəsişməsində 1985-ci il təvəllüdlü Azər Məmmədovun idarə etdiyi «Mercedes» və 1979-cu il təvəllüdlü Famil Ələkbərovun idarə etdiyi «QazELl» toqquşub.

 

Nəticədə «Mercedes» markalı avtomobil yoldan keçən piyada - 1967-ci il təvəllüdlü Şəfiqə Babayevanı vurub. Ş.Babayeva xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma başlanıb

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar