Bakıda ər arvadını amansızlıqla öldürüb
15 iyul 2013 09:37 (UTC +04:00)

Bakıda ər arvadını amansızlıqla öldürüb

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nardaran qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Həsən İsmayılov yaşadığı mənzildə həyat yoldaşı 36 yaşlı Ramizə İsmayılovaya çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Ərin arvadını hansı səbəbdən öldürməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029

Oxşar yazılar