Bakıda iribuynuzlu heyvanlar yanıb tələf oldu
24 dekabr 2017 12:52 (UTC +04:00)

Bakıda iribuynuzlu heyvanlar yanıb tələf oldu

0

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 500 m2 olan tövlənin dam örtüyü 400 m2 sahədə və tövlənin içərisinə yığılmış 400 kq ot bağlaması yanıb. Yanğın zamanı tövlədə olan 2 baş iri buynuzlu heyvan tələf olub.

 

Tövlənin qalan hissəsi, bitişik tövlə və ot tayası yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar