Bakıda külli miqdarda pul mənimsəyən dələduzlər tutulub
11 fevral 2013 13:46 (UTC +04:00)

Bakıda külli miqdarda pul mənimsəyən dələduzlər tutulub

0

Bakıda dələduzluq faktının üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Şamaxı rayon sakini Ədalət Ömərov və Bakı şəhər sakini Məmməd Nəhmədov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildiriblər ki, 2006-cı ildə Rəşid adlı şəxs onların etibarlarından sui-istifadə edərək Ə. Ömərovdan 87 min, M. Nəhmədovdan isə 44 min manat alaraq mənimsəyib.

 

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Rauf Hüseynov fevralın 9-da tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1827

Oxşar yazılar