İyunun 26-da Bakıda qətl hadisəsi törədilib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M. Rüstəmov küçəsində, 4/6 saylı binanın qarşısında Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Şirvani Səid oğlu şəxsi münasibətlər zəminində 20-25 yaşlarında olan Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən Ş. Əhmədovun tutulması istiqamətində iş aparılır.

Bakıda qanlı dava: ölən və yaralanan var
Oxşar yazılar

İmişlidə kanalda batanın meyiti tapıldı - YENİLƏNİB
22 avqust 2025 , 19:56
Məcbur köçkünlər, əsirlikdə işçgənc görənlər ifadə verdi - Ermənilərin MƏHKƏMƏSİ
22 avqust 2025 , 19:54
Qız görüşə gəlmədi, sərxoş olub "Changan"ı oğurladı - BAKIDA
22 avqust 2025 , 19:23
Güzdəkdə zavoddakı yanğında 6 nəfər zəhərlənib - YENİLƏNİB
22 avqust 2025 , 17:10
Lənkəranda qadının üzərinə beton hasar aşdı - VİDEO
22 avqust 2025 , 17:07
Zaurun verilişinə çıxan əmisini məhkəməyə verdi - QƏRAR
22 avqust 2025 , 16:58
Azərbaycanda KƏRBƏLA FIRILDAĞI: pullarını alıb YOXA ÇIXDI
22 avqust 2025 , 16:06